ABŞ Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev

“ABŞ Çindən gələn məhsullar üçün gömrük rüsumlarını birtərəfli qaydada azaltmaq niyyətində deyil, Vaşinqton Pekinin rüsumları azaltmasını və ABŞ üçün ticarət maneələrini qaldırmasını görmək istəyir.”
Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Bildirmək istəyirəm ki, Çinə birtərəfli rüsum endirimi olmayacaq. Prezident açıq şəkildə bildirdi ki, Çin ABŞ-la razılaşmalıdır və biz bunun baş verəcəyinə son dərəcə inanırıq", - o, “Fox News”a açıqlamasında deyib.