"Rusiya-Ukrayna müharibəsinin danışıqlarla həlli yoxdur"

"Rusiya və Ukrayna müharibəsinin diplomatik danışıqlarla həlli yoxdur. Onda ola bilər ki, bir tərəf güzəştə getməlidir. Ukrayna beynəlxalq səviyyədə tanınmış öz ərazisindən imtina etməyəcək. Rusiya da işğal etdiyi əraziləri öz ərazisi kimi tanınmasını şərt kimi irəli sürüb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə ABŞ Prezidenti Donald Tramp Tramp Krımı Rusiya ərazisi kimi tanınmasıni Kiyevdən tələb edir:
"Bu danışıqlar Londonda razılaşdırılmalı idi. Amma, Volodimir Zelenski Krımı haqlı olaraq Rusiya ərazisi kimi tanımadı. Əgər tanısaydı, Konustitusiyanı pozmuş, müharibəni isə uduzmuş olardı. Tramp Zelenskini ittiham edir.
London görüşü fiaskoya uğradı. Rusiya-Ukrayna müharibəsində razılaşma yalnız cəbhə xəttində bir tərəfin məğlub olması ilə başa çatacaq. Yaxud tərəflər mövqe döyüşündə yorulacaq. Rusiyanın yorulması görünür. Müharibə ilin axırına kimi sərt şəkildə davam edəcək".
Vasif ƏLİHÜSEYN