ABŞ dövlət katibi London danışıqlarından imtina etdi

ABŞ dövlət katibi Marko Rubio Londonda keçiriləcək Ukrayna mövzusunda danışıqlarda iştirakdan imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbələrə istinadla məlumat yayıb.
Bu qərar Böyük Britaniyanın xarici işlər naziri Devid Lammini təəccübləndirib.
Məlumata əsasən, Britaniya rəsmiləri Rubionun Londona gələcəyini gözləyirmiş. Onun səfəri, eləcə də ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkofun görüşlərdə iştirak etməməsi Qərbdə Ukrayna və Avropanın ikinci plana atıldığı ilə bağlı narahatlıqları artırıb.
Bundan əvvəl Axios portalı bildirmişdi ki, Kiyev ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh sazişini müzakirə etmək istəmədiyi üçün Rubio danışıqlardan geri çəkilib.
Aytəkin TOFİQQIZI