Kiyevə kütləvi raket hücumu - 9 ölü, 63 yaralı var - FOTO

 09:51 24.04.2025     111

Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi raket hücumu həyata keçirib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 9 nəfər həlak olub.

Qeyd olunub ki, hava zərbələri nəticəsində 63 nəfər xəsarət alıb, onlardan 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.

“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, - məlumatda bildirilir.