İtaliya NATO və Aİ-nin təzyiqinə hazırlaşır

 10:04 24.04.2025     68

İtaliya hökuməti NATO və Avropa İttifaqının (Aİ) müdafiə xərclərinin artırılması ilə bağlı təzyiqlərinə hazırlaşmağa başlayıb.

Redaktor.az bu barədə "Politico" nəşrinə istinadla məlumat verir.

Nəşrin yazdığına görə, bu təzyiqlər İtaliyadan ÜDM-in 2 faizini müdafiə sahəsinə ayırmağı tələb edir.

Məlumata görə, İtaliyanın Maliyyə Nazirliyi 2025-ci ilin sonuna qədər müdafiə büdcəsinin ÜDM-in 2 faizinə çatdırıla biləcəyini bildirib. Bu artım mövcud infrastruktur, maliyyə polisi və sahil mühafizəsi xərcləri hesabına mümkün ola bilər. Lakin ekspertlər qeyd edirlər ki, NATO və Aİ bu yanaşmanı qəbul etməyə bilər.

İtaliya rəsmiləri əlavə ediblər ki, iyun ayında keçiriləcək NATO sammitində ölkə siyasi təzyiqlərlə üzləşəcək. Müdafiə büdcəsinin artırılması üçün isə digər sahələrdən maliyyə vəsaitləri ayrılmalı olacaq.

Qeyd edək ki, ABŞ-nin Prezidenti Donald Tramp NATO müttəfiqlərindən hərbi xərcləri artırmağı dəfələrlə tələb edib. O, yanvarda Ağ Evə qayıtdıqdan sonra müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılmasını istədiyini açıqlayıb.

Aytəkin TOFİQQIZI