Papa Fransisklə vidalaşmaq üçün 100 min insan növbə gözləyir

 14:16 24.04.2025     156

Yüz minə yaxın insan Roma Papası Fransisklə vidalaşmaq fürsətini gözləyir.

Redaktor.az xəbər verir ki, Papa Fransiskin tabutunun Vatikandakı Müqəddəs Pyotr Bazilikasına qoyulduğu aprelin 23-dən bəri onunla vidalaşmağa 48 min 600 insan gəlib, bu da kafedrala giriş qaydalarının dəyişdirilməsinə səbəb olub.

Bazilikanın yerli vaxtla gecəyarısı bağlanması planlaşdırılsa da, o, səhər saat 5:30-dək açıq qalıb. Təşkilati işlər və təmizlik üçün qısa müddətə bağlanılan kafedralın qapıları saat 7:00-da yenidən açılıb.

Pontifiklə vida mərasimi cümə günü saat 19:00-dək davam edəcək və bundan sonra tabut möhürlənəcək. Papa Fransiskin dəfn mərasimi aprelin 26-da Romadakı Santa-Maria-Maggiore kilsəsində keçiriləcək. Polşa Radiosunun məlumatına görə, mərasimdə 200 minədək insan iştirak edə bilər.

Xatırladaq ki, Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra aprelin 21-də səhər saatlarında 88 yaşında vəfat edib.