Yaponiya peyk görüntülərini Ukraynaya ötürüb?

 19:04 24.04.2025     111

Yaponiyanın peyk operatoru Q-shu Kosmosun Pionerləri İnstitutu (iQPS) Ukrayna hərbi kəşfiyyatına peyk şəkillərini təqdim etməyib.

Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Şirkətin şəkillərin təqdim edilməsi ilə heç bir əlaqəsi yoxdur" - iQPS bəyan edib.

Qeyd edək ki, aprelin 22-də "Intelligence Online" məlumat yayıb ki, Tokio Yer orbitindəki peyklərdən alınan kəşfiyyat məlumatlarını Kiyevə ötürməyə razılaşıb. Jurnalistlərin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Yaponiya hakimiyyət orqanlarına müvafiq sorğu ilə müraciət edib. Qeyd olunub ki, Kiyev iQPS İnstitutundan görüntülər və kəşfiyyat məlumatları alacaq. Sonuncunun sintetik aperturlu radarlarla təchiz edilmiş beş peyki var.

Ukraynanın "DeepState" analitik layihəsinin "Telegram" kanalı xəbər verir ki, hazırda üç Avropa ölkəsi Kiyevlə peyk şəkillərini paylaşır. Söhbət Almaniya, Finlandiya və İtaliyadan gedir.

Turan İSMAYIL