Hollandlar dişinə qədər silahlanmalıdır - Kral

 19:11 24.04.2025     125

"Niderland sülh və təhlükəsizliyi qorumaq üçün “dişinə qədər silahlanmalıdır”.

Redaktor.az “Algemeen Dagblad” qəzetinə istinadla xəbər verir ki, bunu Niderland kralı Villem-Aleksander deyib.

“Biz hər zaman azadlığa və sülhə sahib olacağımızı bəlkə də çox qəbul etmişik”, - deyə o, bunun belə olmadığını qeyd edib.

"Həqiqətən də sülh naminə hazırlaşmalı və özümüzü silahlandırmalıyıq" - monarx bildirib.

Qeyd edək ki, Avropa İttifaqı liderlərinin sözlərinə görə, Rusiya dünyanın ən böyük təhlükəsidir.

Turan İSMAYIL