İstanbulda 3.7 bal gücündə yenidən zəlzələ baş VERDİ

 19:26 24.04.2025     110

İstanbulun Silivri açıqlarında 3,7 bal gücündə yenidən zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılan məlumata görə, yerli saatla qeydə alınan zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

Zəlzələ İstanbulun bir çox rayonlarında hiss olunub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alan və ya dağıntı yoxdur. Rəsmi qurumlar vəziyyəti izləməyə davam edir.

Kənan YUSİF