Türkiyədə ağır yol qəzası oldu, 11 nəfər yaralandı

 20:12 24.04.2025     85

Türkiyənin Osmaniye şəhərində şagirdləri daşıyan avtobusla minik maşını toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində doqquzu şagird olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.