İsrail ordusu Qəzzada onlarla fələstinlini öldürdü

İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbələr nəticəsində azı 29 fələstinli həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına bağlı "Qüds" portalı məlumat yayıb.
Onun yerdəki mənbələrinə görə, bombalı hücum məcburi köçkünlərin məskunlaşdığı düşərgəni hədəf alıb. Portalın iddiasına görə, günün əvvəlindən anklavda ümumilikdə 59 nəfər ölüb.
Turan İSMAYIL