Türkiyə və Özbəkistan parlamentləri arasında əməkdaşlıq güclənir

 20:56 24.04.2025     112

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə görüşüb. Görüş zamanı iki ölkə parlamentləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Redaktor.az xəbər verir ki, TBMM-dən verilən məlumata görə, Kurtulmuş qonağı rəsmi mərasimlə qarşılayıb və Türkiyə ilə Özbəkistan bayraqları önündə jurnalistlərə birlikdə foto çəkiliblər.

Görüş çərçivəsində tərəflər təkbətək və heyətlərarası müzakirələr aparıb. Numan Kurtulmuş, Narbayeva və nümayəndə heyətini TBMM-də görməkdən məmnunluğunu ifadə edib.

Kənan YUSİF