Türkiyədə duman səbəbi ilə bəzi təyyarə reysləri təxirə SALINDI

 22:13 24.04.2025     117

Türkiyənin Ordu şəhərində təsirini davam etdirən duman hava nəqliyyatında gecikmələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, Ordu-Giresun Hava Limanına İstanbul və Ankaradan gələn bəzi təyyarələr, güclü duman səbəbindən Samsun-Çarşamba Hava Limanına yönləndirilib.

Hava şəraiti səbəbilə bəzi uçuşlarda gecikmələr yaşanıb.

Dumanın təsirini itirməsinin ardından uçuşların normala dönəcəyi gözlənilir.

Kənan YUSİF