İllərin mükafatı parça-parça OLDU

İstanbulda baş verən güclü zəlzələdə zərər görənlərin arasında məşhur türkiyəli müğənni Ece Seçkin də olub.
Redaktor.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, zəlzələ səbəbindən mükafatlarının sındığını açıqlayıb.
“Zəlzələ zamanı mən də öz evimdə yatmışdım. Çox qorxduq. Hər hansı insan itkisi olmadığı üçün şükür edirəm və zəlzələdən zərər çəkən hər kəsə şəfa diləyirəm. Memarım gözüm kimi baxdığım mükafatlarım üçün şüşə vitrini xüsusi olaraq dizayn etmişdi. Çünki aldığım hər mükafat mənim üçün çox mənalı və dəyərlidir.
Evdə bircə şüşə vitrin sındı. İllərin mükafatları sındı, parça-parça oldu. Qəlbim də elə oldu. Atam dedi ki, kədərlənmə, ustaya düzəltdirərik. Bəlkə bəzilərini xilas edə bilərik”, - deyə Ece bildirib.