Ukrayna ABŞ-dən bu qədər yardım alıb - Zelenski AÇIQLADI

Ukrayna ABŞ-dən 105 milyard dollarlıq silah və yardım alıb.
Redaktor.az “nv.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.
“Mənim ölkəm nə qədər yardım edildiyini açıq şəkildə sənədləşdirir. Biz ABŞ-nin ikitərəfli dəstəyinə və xalqımızın müdafiəsinə verdiyi böyük yardıma və töhfəyə görə minnətdarıq. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”, - Ukrayna lideri bildirib.
Prezident maliyyə yardımının silaha xərcləndiyini vurğulayıb: “Onlardan döyüş meydanında istifadə olunub”.
Zelenski əlavə edib ki, Amerikanın yardım vəsaitləri hərbçilərə maaş ödəmək üçün istifadə edilməyib: “Əsgərlərimizə verdiyimiz maaşlar, təqaüdçülərimizin təqaüdləri yalnız Ukrayna büdcəsindən Ukraynanın pulu ilə ödənilir”.