Tramp 2032-ci ildə yenidən prezident seçilə bilər - İlon Mask

 10:59 25.04.2025     104

Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask 2032-ci ildə Donald Trampın yenidən ABŞ prezidenti seçilə biləcəyini istisna etmir.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.

“İrəli düşün!” – Mask “2032” başlığı ilə Tramp tərəfdarının qırmızı papağını əks etdirən paylaşıma cavabında yazıb.

Qeyd edək ki, hazırda ABŞ Konstitusiyası prezidentin iki müddətdən artıq seçilməsinə icazə vermir. Bundan əlavə, 2032-ci ildə Trampın yaşı artıq 86 olacaq.

Aytəkin TOFİQQIZI