“Rusiyanı yalnız güclə dayandırmaq olar” - Litva Prezidenti

 11:52 25.04.2025     131

Litva Prezidenti Gitanas Nauseda Rusiyanın hərbi təcavüzünün qarşısını almaq üçün sözlərlə deyil, güclə cavab verilməsinin vacib olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Delfi.lt" portalına verdiyi açıqlamada bildirib.

“Krivoy Roq, Xarkov, Sumı, indi isə Kiyev yanır. Rusiyanı şirin sözlərlə dayandırmaq olmaz, yalnız güclə,” – deyə Nauseda qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Litva Ukraynanı nə baş verirsə versin dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Litva müharibə təhlükəsi ilə əlaqədar paytaxt Vilnüsün boşaldılması planını açıqlayıb. Vilnüs meri Valdas Benkunskas planın mümkün hərbi işğal halı üçün hazırlandığını bildirib. Litvanın paytaxtı Belarusla sərhəddə yerləşir.

Aytəkin TOFİQQIZI