Qərb rusların Putinə inam səviyyəsinin yüksək olmasını bəyənmir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Qərbin Rusiyanın Prezidenti Vladimir Putinə olan yüksək inam səviyyəsindən narazı olduğunu bildirib.
Redaktor.az bu barədə "TASS"a istinadla məlumat verir.
Şoyqu Rusiya cəmiyyətində Putinə etimad səviyyəsinin təxminən 80 faiz olduğunu qeyd edib və bu vəziyyətin, ölkədə parçalanma yaratmağa çalışan opponentlərə uyğun olmadığını vurğulayıb.
Katib Qərb ölkələrinin xüsusi xidmət orqanları və beynəlxalq təşkilatlar vasitəsilə ictimai rəyi manipulyasiya etmək məqsədilə genişmiqyaslı məlumat və təbliğat kampaniyaları apardıqlarını söyləyib. O, bu kampaniyaların əsas diqqətinin millətlərarası və dini münaqişələrin qızışdırılması olduğunu bildirib.
Aytəkin TOFİQQIZI