"Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə gözlənilmir"

 15:35 25.04.2025     136

"Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə gözlənilmir. Hindistandan birinci Kəşmir müharibəsini dayandıran"Hind çayı müqaviləsi"ni cıxması, müharibə hazırlığıdır. Hər iki ölkə nüvə silahına malikdir. Tərəflərin birinin qalib gəlmək şansı yoxdur. Hindistanda islamafob və millətçi Modi Pakistana münasibəti kifayət qədər mənfidir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Kəşmirdə turistlərə hücumu bəhanə edərək, müharibəyə hazırlığın əvvəlcədən planlaşdırılması istisna deyil:

"Pakistan hökumətinin Kəşmirdə terrora dəstək verməsi mümkün deyil. Rəsmi İslamabad müharibədə maraqlı deyil. Hindistan son illərdə inkişaf edən Pakistan -Cin əməkdaşlığından narahatdır. Hindistan Pakistan üzərində siyasi və psixoloji qələbə əldə etməklə regionda və beynəlxalq müstəvidə mövqeyini gücləndirmək istəyir.

Azərbaycan Pakistanı dəstəkləyir. Kəşmir də Hindistanın işğalını qəbul etmir".

Vasif ƏLİHÜSEYN