Nüvə razılaşması pozularsa, İsrailin İrana hücumunu dəstəklə bilərəm - Tramp

ABŞ-nin Prezidenti Donald Tramp İranla nüvə danışıqlarının nəticəsiz qalacağı halda İsrailin İrana mümkün hücumunu dəstəkləməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Time jurnalına verdiyi müsahibədə danışıb.
“Əgər razılığa gələ bilməsək, mən İsrailin hücumunu dəstəkləyə bilərəm. Razılaşma olmazsa, bu dəstənin başında mən olacağam”, – deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, yayılan xəbərlərin əksinə olaraq, o, İsrailin İrana hücumuna mane olmayıb. Sadəcə İsrailin baş naziri Binyamin Netanyahuya danışıqlar yolu ilə razılığa gəlmək şansı tanınmalı olduğunu söyləyib.
“Nəhayət, bu qərarı İsrailin verməsini istədim. Amma Netanyahuya bildirdim ki, bombardmandansa razılığa üstünlük verərdim”, – deyə o vurğulayıb.
Tramp daha əvvəl də Qrenlandiya və Kanadanın ABŞ-yə birləşdirilməsi, eləcə də Panama kanalına nəzarət məsələlərinin zarafat olmadığını bildirib. Onun sözlərinə görə, Qrenlandiyanın ilhaqı ABŞ üçün geosiyasi və təhlükəsizlik baxımından önəmlidir.
Aytəkin TOFİQQIZI