"Ermənistan bu soyqırımlara görə Azərbaycandan üzr istəməlidir"

 16:19 25.04.2025     146

Ermənistan tərəfindən hər ilin 24 aprel tarixində xüsusi canfəşanlıqla tirajlanan "qondarma erməni soyqırımı" teatral şoudan başqa bir şey deyil. Ermənilərin bəşər tarixinə demək olar ki, insanlıq, və sülh adına müsbət bir töhfə vermədiyini, əsasən adı terror, seperatizm, ekstremizm və satqıncılıq ilə bərabər çəkildiyini nəzərə alsaq, o zaman Osmanlının kütləvi köçürmə ilə əlaqəli davranışları anlaşılandır.

Əgər belə bir "soyqırım" baş veribsə, o zaman Ermənistan :

1. Guya öldürülən 1.5 milyon erməninin ad, soyad, ata adı, doğum yeri və təvəllüdü göstərilməklə siyahını təqdim etsin.

2." Öldürülənlərin" dəfn edildiyi qəbiristanlıqların yerini və adını açıqlasın.

3. "Soyqırım" qurbanlarının varislərinin ad, soyad və ata adlarıni təqdim etsin.

4. Erməni əhalinin ümumi sayının "soyqırım qurbanlarının" sayından az olmasına aydınlıq gətirsin.

5. Türkiyə kimi arxivlərini tarixçilər açıq elan etsin, beynəlxalq araşdırmalar üçün şərait yaratsın.

6. Azərbaycan ərazisində ermənilərin Baqanis Ayrım, Xocalı, Quşçular, Malıbəyli, Edildi, Başlibel, Qaradaglı, Gəncə, Tərtər, Bərdə və sair kimi yasayıs məntəqələrində törətdiyi soyqırımlara görə üzr istəsin.

P.S. Ermənistandan fərqli olaraq Azərbaycan adı çəkilən ərazilərində ermənilər tərəfindən qətlə yetirilən mülki əhaliyə aid bütün məlumatları təqdim edə bilir.

Ədalət Verdiyev,

hərbi ekspert