Rusiyalı generalı Ukrayna kəşfiyyatı öldürüb? - Zaxarovadan AÇIQLAMA

Ukrayna xüsusi xidmət orqanları Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin (GOD) rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində əli ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında bildirib.
“Qətldə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu düşünməyə əsas var”, - o qeyd edib.
Zaxarova diqqəti ona yönəldib ki, əgər müstəntiqlər bu işdə Ukrayna izini təsdiqləsələr, bu, “Kiyev rejiminin barbar və xain mahiyyətini” bir daha nümayiş etdirəcək.
Bundan bir qədər əvvəl Zaxarova Moskalikin qətlini terror aktı adlandırmışdı.
Xatırladaq ki, Balaşixada avtomobilin partlaması nəticəsində 59 yaşlı general Moskalik ölüb.
Turan İSMAYIL