ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq?

Amerika Birləşmiş Ştatları Krımı Rusiya ərazisi kimi tanısa, bu, sanksiyaların ləğvinə səbəb olacaq.
Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenko jurnalist Nataliya Moseyçuka müsahibəsində bildirib.
“Əgər Krım ABŞ tərəfindən Rusiya kimi tanınsa, bu sanksiyalar aradan qaldırılacaq”, o qeyd edib.
"Vaşinqtonun bu qərarı Rusiyaya iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcək", - Kostenko əlavə edib.
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində Krım yarımadasının Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmanın bir hissəsi olaraq “Rusiyanın tərkibində qalacağını” açıqlamışdı. O vurğulayıb ki, Ukrayna lideri Volodimir Zelenski də bu faktı yaxşı anlayır. Ağ Evin rəhbəri əlavə edib ki, yarımada kifayət qədər uzun müddət əvvəl Rusiyanın tərkibinə daxil olub.
Daha sonra "Reuters" yazıb ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna münaqişəsinin həllinə yönəlmiş layihəsinə Krımın hüquqi tanınması və dörd yeni regionun de-fakto tanınması daxildir.
Turan İSMAYIL