Ankarada müxtəlif cinayətlərə görə axtarılan 980 nəfər SAXLANILDI

Ankara Valiliyinin verdiyi məlumata görə, polis və jandarma tərəfindən aparılan əməliyyatlarda müxtəlif cinayətlərə görə axtarışda olan 980 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, 18-24 aprel tarixlərini əhatə edən əməliyyatlarda 20 il və üzəri həbs cəzası olan 5, 10 il və üzəri həbs cəzası olan 23, 5-10 il arası cəza alan 51, 5 ilə qədər həbs cəzası olan 311 və ifadə üçün axtarılan 590 şübhəli olmaqla ümumilikdə 980 nəfər ələ keçirilib.
Kənan YUSİF