Türkiyənin Kütahya şəhərində ard-arda zəlzələlər baş VERDİ

 20:05 25.04.2025     367

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda biri 4,6 bal gücündə olmaqla ard-arda 3 zəlzələ qeydə alınıb. Kütahya Valisi Musa Işın son vəziyyətlə bağlı TRT Haber-ə açıqlama verərək, Simav və ətraf kəndlərdə məktəblərin bir gün müddətinə tətil olunduğunu bildirib.

Redaktor.az xəbər verir ki, zəlzələlərdən birincisi yerli vaxtla saat 07:23-də 4,5 bal gücündə, ikincisi 07:29-da 3,9 bal gücündə, üçüncüsü isə saat 10:20-də 4,6 bal gücündə baş verib.

Ən güclü zəlzələnin yerin 12,17 kilometr dərinliyində, digərlərinin isə 8,81 kilometr dərinlikdə meydana gəldiyi açıqlanıb.

Hazırda bölgədə araşdırmalar davam edir.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən