Türkiyənin Sakarya şəhərində çökmə təhlükəsi olan binanın sakinləri təxliyyə edildi

 20:08 25.04.2025     106

Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda tikinti işlərinin aparıldığı ərazidə çökə biləcəyi ehtimal edilən 4 mərtəbəli bina təxliyə olunub.

Redaktor.az xəbər verir ki, hadisə 32 Evler məhəlləsində baş verib. Yeni inşaatın əsas qazıntısı zamanı, yaxınlıqda yerləşən 3 illik 8 mənzilli binadan gələn çat səsləri ərazidə təşvişə səbəb olub.

Sakinlər dərhal aidiyyəti qurumlara məlumat verib. Əraziyə Serdivan Bələdiyyəsi, AFAD, yanğınsöndürənlər, polis və qaz şirkətinin əməkdaşları cəlb edilib və binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Kənan YUSİF