Türkiyənin Amasya şəhərində evə ildırım düşdü: 1 nəfər yaralandı

 20:12 25.04.2025     119

Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda ildırımın evə düşməsi nəticəsində bir nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə Karaşar kəndində güclü leysan zamanı baş verib. İldırım evin içərisində olan S.D.-nin üzərinə düşüb. Yaralı dərhal Göynücek Dövlət Xəstəxanasına çatdırılıb.

Göynücek Kaymakamı Osman Demirgül xəstəxanada S.D-ni ziyarət edərək vəziyyəti ilə bağlı məlumat alıb.

Amasya Valiliyindən verilən açıqlamada isə bölgədə yağışların davam etdiyi bildirilərək, vətəndaşlara sel və su basqınlarına qarşı ehtiyatlı olmaları tövsiyə olunub.

Kənan YUSİF