Rəsmi Ankara Qəzzadakı müharibənin bitməsinə səy göstərir - Ərdoğan

Rəsmi Ankara Qəzzadakı müharibənin bitməsi üçün səy göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yeni Zelandiyanın Baş naziri Kristofer Luksonla qəbul edərkən deyib.
O bildirib ki, Yaxın Şərqdəki müharibənin yeganə optimal yolu ikidövlətli həlldir.
Ərdoğan, həmçinin dünyanın ciddi sınaqlarla üzləşdiyini söyləyib.