"Asanlıqla təslim olmayacağıq"

Ukrayna ABŞ ilə danışıqlarda mümkün olan ən pis inkişafa hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən yazır.
Nəşr qeyd edir ki, Kiyev Amerika yardımının kəsilməsi ehtimalına görə belə düşünür.
Bundan əlavə, Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluq hissi keçirir. Həmsöhbət qeyd edib ki, Kiyev Ağ Evdən müəyyən danışıqlar strategiyasına ümid edirdi, lakin Tramp Moskvaya təzyiq göstərmir və raket zərbələrinə və pilotsuz təyyarələrin hücumlarına cavab olaraq açıq tənqid ifadə etmir.
“Danışıqlar zamanı kağız üzərində yazılanlar və bizə işarə edilənlər qəbuledilməzdir. Biz o qədər də asanlıqla təslim olmayacağıq”, - deyə Ukrayna hökumətinin nümayəndəsi əlavə edib.
Bu gün Donald Tramp bildirib ki, ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqları irəliləyir, lakin vəziyyət çox kövrək olaraq qalır. O qeyd edib ki, hazırda ABŞ və Rusiya arasında danışıqlar yalnız Ukrayna münaqişəsinin nizamlanması mövzusunda aparılır.
Turan İSMAYIL