Hindistanda törədilən terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirildi

 23:59 25.04.2025     216

Hindistanın turistik Qoa əyalətinin hakimiyyət orqanları Cammu və Kəşmir ittifaqı ərazisində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Qoa ştatının baş naziri Pramod Savant bildirib.

"Qoa sahil və turizm əyalətidir. Qoa polisi hər zaman tətikdədir. Cammu və Kəşmirdə baş verənlərdən sonra Qoada təhlükəsizlik tədbirlərini artırdıq", - o bildirib.

Ştat polisi turizm bölgələrində və sahil boyu əlavə qüvvələr yerləşdirib.