Ağ Ev Tramp-Zelenski görüşü barədə açıqlama yaydı

 16:09 26.04.2025     145

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Romada keçirilən görüş məhsuldar olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stiven Çun “Reuters” agentliyinə açıqlama verib.

"Onlar bu gün özəl şəkildə görüşdülər və çox məhsuldar bir söhbət apardılar", – deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Çun əlavə edib ki, görüşün digər detalları bir müddət sonra açıqlanacaq.

Bundan əvvəl "The New York Times" (NYT) qəzeti Zelenski Romada keçiriləcək görüş zamanı Trampa münaqişənin həlli ilə bağlı təkliflər təqdim edə biləcəyini yazırdı.