İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, yüzlərlə insan xəsarət alıb - Yeniləndi

 17:13 26.04.2025     255

İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə çatıb.

Limanın gömrük xidməti bildirib ki, partlayışın səbəbi çox güman, təhlükəli maddələr və kimyəvi materialların saxlandığı anbarda baş verən yanğın olub.

15:44

Bu gün İranın cənubundakı Bəndər Abbas şəhərindəki Mahid Racai dəniz limanında güclü partlayış baş verib.

Redaktor.az İran mətbuatına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərərçəkənlərin sayı artıq 400 nəfəri keçib. Liman fəaliyyətini dayandırıb.

Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.

Versiyalardan birinə görə, yanacaq çəni partlayıb, onun səbəbləri məlum deyil. Hadisə yerinə çevik xilasetmə qrupları göndərilib.