Husilər Təl-Əviv və Aşkelon şəhərlərində hərbi hədəfləri VURDU

 20:23 26.04.2025     120

Yəmənin “Ənsar Allah” hərəkatının silahlıları İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

"Silahlı qüvvələrimiz PUA-lardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrailin mühüm obyekti hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altında olan Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb", - o, “al Masirah” telekanalında bildirib.