ABŞ döyüş təyyarələri son 41 gündə Yəmənə 1200 hücum təşkil ETDİ

 05:47 27.04.2025     183

Yəmənin “Ənsar Allah” hərəkatı ABŞ döyüş təyyarələrinin martın 15-dən bəri Yəmənə 1200-dən çox hava hücumu təşkil etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Yəmənin husilərdən ibarət hökumətinin Xarici İşlər Nazirliyi hücumlar nəticəsində yüzlərlə dinc sakinin həlak olduğunu, yüzlərlə insanın yaralandığını, çoxsaylı mülki obyektlərin, o cümlədən yaşayış məntəqələri, limanlar, səhiyyə müəssisələri, su anbarları və tarixi yerlərin dağıdıldığını açıqlayıb.