"Rusiyanın atəşkəs və sülh barədə verdiyi bəyanatlar formal xarakter daşıyır"

"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Bu gün Ukraynanın suveren ərazilərində uzun müddətdir davam edən hərbi əməliyyatlarının gedişatı onu göstərir ki, Kiyevin ərazi, şəxsi heyət, texnika və vasitə itkiləri getdikcə daha da artır".
Redaktor.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki, Rusiyanın da itkiləri az deyil, amma əməliyyat şəraitinə nəzarət və ümumilikdə hərbi üstünlük hazırda Rusiya tərəfindədir:
"Hərbi əməliyyatlar teatrında təşəbbüsün itirilməsi, o cümlədən Kursk istiqamətində Rusiya ordusunun nailiyyətləri Ukrayna ordusunun mənəvi-psixoloji vəziyyətinə mənfi təsir edir. Proseslərin inkişafı Ukraynanın daha böyük itkilərdən yayınmasına imkan verməyə bilər. Başqalarına ümid olaraq həm də digər ölkələrin maraqları naminə Rusiya ilə müharibənin nə qədər yanlış olduğunu bir daha müsahibə edirik. Eyni səhvlərə Gürcüstan 2008-ci ildə yol vermişdi, 2014-cu ildə Krımın işğalı da yaddaşlardadır. Ukraynanın ərazi itirmədən müharibəni dayandırmaq şansı yoxdur. Müharibənin uzun müddət davam etdirmək də Ukraynanın imkanları xaricindədir, bu həm də Ukrayna üçün daha böyük itkilər və dağıntılar vəd edir. Rusiyanın atəşkəs və sülh barədə verdiyi bəyanatlar formal xarakter daşıyır.
Nə qədər acı olsada istənilən müharibənin bitməsi üçün yalnız bir şərt mövcuddur: Tərəflərdən bir məğlub olur, kapitulyasiya aktını imzalayır. Əks halda Rusiya müharibəni dayandırmayacaq".
Vasif ƏLİHÜSEYN