Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür - Peskov

 16:25 27.04.2025     153

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində bir çox elementlər Rusiyanın mövqeyi ilə üst-üstə düşür.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Mətbuat xidmətinin rəhbəri Dmitrii Peskov bildirib.

Dmitrii Peskov qeyd edib ki, Ukrayna ilə bağlı hər hansı konkret şərtlərdən danışmaq hələ tezdir. “Bu iş ictimai formatda həyata keçirilə bilməz, yalnız diskret formatda həyata keçirilə bilər”.