“Titanik”dən sağ çıxmışdı: məktubu 400 min dollara satıldı

“Titanik”dən sağ çıxan şəxsin məktubu hərracda 400 min dollara satılıb
Redaktor.az xəbər verir ki, “Titanik”də birinci dərəcəli səyahət edən polkovnik Arçibald Qreys həmin məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb. Məktub 10 aprel 1912-ci il tarixlidir.
“Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm”, – məktubda polkovnik bildirib.
Qeyd edək ki, məktub gözlənilən qiymətdən 5 dəfə baha satılıb.
Auksionçular bunun “Titanik” gəmisinin göyərtəsində yazılmış məktub üçün əldə edilmiş ən yüksək qiymət olduğunu diqqətə çatdırıblar (publika.az).