Türkiyədə 4,9 bal gücündə zəlzələ baş VERDİ

Türkiyənin Elazığ şəhərində yerləşən Sivrice rayonunda 4,9 bal gücündə zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Malatya şəhərində də hiss olunub.
Hadisə ilə əlaqədar hər hansı dağıntı qeydə alınmayıb.