Gürcüstan Prezidentinin Ermənistana rəsmi səfəri BAŞLADI

 20:21 28.04.2025     125

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Ermənistana rəsmi səfəri başlayıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Zvartnots beynəlxalq hava limanında Gürcüstan prezidentinin qarşılanma mərasimi keçirilib. Mixeil Kavelaşvilini hava limanında Ermənistanın Baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayıb.

Səfər çərçivəsində Gürcüstan Prezidenti erməni həmkarı Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla yüksək səviyyəli görüşlər keçirəcək. Prezident həmçinin bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Mixeil Kavelaşvilini səfərdə Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan Parlamentinin birinci vitse-spikeri Giorgi Volski, deputatlar Samvel Manukyan və Sumbat Kyureghiani müşayiət edir.