Türkiyədə yanğında çıxılmaz vəziyyətdə qalan uşaqları polis xilas ETDİ

 21:42 28.04.2025     95

Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda 4 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında evdə qalan 2 uşaq, binada yaşayan 2 polis əməkdaşı tərəfindən xilas edilib.

Redaktor.az xəbər verir ki, hadisə Erbaa rayonunun Mehmet Akif məhəlləsində, İzzettin Çağpar küçəsində yerləşən evdə naməlum səbəbdən baş verib.

Hadisə yerinə sakinlərin məlumatı əsasında təcili tibbi yardım, yanğınsöndürmə və polis qrupları cəlb olunub.

Kənan YUSİF