Türkiyədə təcili tibbi yardıma yol verməyən sürücüyə cərimə tətbiq olundu

 21:45 28.04.2025     87

İstanbulun Maltepe rayonunda arxadan gələn təcili tibbi yardım maşınına yol verməyən avtomobil sürücüsünə 24 min 816 lirə cərimə kəsilib.

Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin əməkdaşları, 24 aprel tarixində bir avtomobilin təcili tibbi yardım maşınına yol verməməsinə dair sosial mediada yayılan görüntülər üzərinə araşdırma başladıb.

Nəqliyyat Nəzarət Şöbəsinin virtual patrul qruplarının araşdırması nəticəsində müəyyən edilib ki, D-100 avtomobil yolunun Maltepe Zümrütevler bölgəsində sürücü sol zolaqda hərəkətdə olarkən arxadan gələn təcili tibbi yardım maşınına yol verməyərək yol təhlükəsizliyini riskə atıb.

Kənan YUSİF