İstanbul siyasi istək həvəsinə qurban ediləcək şəhər deyil - Ərdoğan

 22:34 28.04.2025     89

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası başa çatıb.

Redaktor.az xəbər verir ki, iclasdan sonra xalqa müraciət edən Ərdoğan deyib: "Aşağı gəlirli vətəndaşlarımızın mənzil arzusunu qaralamaq istəyənlərə səslənirəm: İstanbul siyasi istək həvəsinə qurban ediləcək bir şəhər deyil".

Prezident Ərdoğan, Prezident Külliyəsində keçirilən iclasda təhlükəsizlikdən xarici siyasətə, əmək həyatından zəlzələ və digər təbii fəlakətlərlə bağlı görülən tədbirlərə qədər bir çox məsələnin müzakirə olunduğunu qeyd edib.

Kənan YUSİF