Ölkəmiz tranzit miqrasiya marşrutu olmaqdan çıxıb - Ali Yerlikaya

"Bütün əlaqədar qurumlarımızla koordinasiyalı şəkildə həyata keçirdiyimiz işlər və tətbiq olunan strategiyalar sayəsində ölkəmiz qeyri-qanuni miqrasiya üçün nə hədəf, nə də tranzit marşrutdur".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Atatürk Mədəniyyət Mərkəzində keçirilən "Türkiyə Yüzyılı'nda Türkiyənin Miqrasiya İdarəetmə Modeli" proqramında çıxış edərkən deyib.
O, yalnız Miqrasiya İdarəsi Başqanlığının deyil, həm də vicdan və mərhəmətin qurumsallaşdığı, insan ləyaqətini mərkəzə alan bir anlayışın ildönümünü qeyd etdiklərini vurğulayıb.
Kənan YUSİF