Britaniya fələstinlilərə humanitar yardım edəcək

 23:40 28.04.2025     57

Böyük Britaniya hökuməti fələstinlilərə yardım üçün 101 milyon funt sterlinq (135 milyon dollar) verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin Fələstinin Baş naziri və xarici işlər naziri Məhəmməd Mustafanın Londona səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.

Onun Böyük Britaniyanın Baş naziri Kir Starmer və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündən sonra anlaşma memorandumu imzalanıb və orada Londonun Fələstin dövlətçiliyinin möhkəmləndirilməsinə və “iki xalq üçün iki dövlət” planının həyata keçirilməsinə sadiqliyi qeyd olunub. Sənəddə Qəzza zolağının Fələstin Milli Administrasiyasının (PNA) nəzarətinə qaytarılmasının vacibliyi də vurğulanır.

"Bundan əlavə, Birləşmiş Krallıq işğal olunmuş Fələstin ərazilərinə yardım paketi elan edir. Bu paketə məqsədli humanitar yardımın göstərilməsi, Fələstinin iqtisadi inkişafına, islahatlarına və idarəçiliyinə dəstək üçün 101 milyon funt-sterlinq nəzərdə tutulur", - Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir.

Sənəddə həmçinin qeyd edilir ki, “Birləşmiş Krallıq və Fələstin Muxtariyyəti Ərəb və Fələstin təşəbbüsləri əsasında Qəzzanın gələcəyinə koordinasiyalı yanaşma haqqında razılığa gəliblər”. 

Turan İSMAYIL