Kiyev ABŞ-lə nadir torpaq mineralları üzrə sazişi tez imzalamaq istəyir - Ukrayna XİN

 23:57 28.04.2025     88

Ukrayna və ABŞ nadir torpaq mineralları üzrə sazişi imzalamağa doğru irəliləyir. Kiyev bunu mümkün qədər tez imzalamaq istəyir.

Redaktor.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin bildirib.

O, Kiyevin sazişin imzalanmasında maraqlı olduğunu vurğulayıb: “Müqaviləni təsdiqləmək üçün hər iki tərəf üçün məqbul və faydalı olan şərtlər, eləcə də təfərrüatlar üzrə razılaşma lazımdır. Sənəd üzərində işləyən hər iki tərəfin komandaları müəyyən irəliləyiş əldə ediblər. O cümlədən, niyyət memorandumu imzalanıb. Müqavilə üzərində iş hər gün davam edir”.