ABŞ-nin Ukraynadakı döyüşləri dayandırmaq planı üzə çıxdı

ABŞ-nin Ukraynada hərbi əməliyyatlara son qoymaq planı məlum olub.
Redaktor.az xəbər verir ki, "CNN"in məlumatına görə, plan Rusiyanın 2022-ci ildən Ukraynadan işğal etdiyi əraziləri tanımağa yönəlib.
Mənbələrin verdiyi məlumata əsasən, ABŞ bu çərçivədə Krımın Rusiya nəzarətində qalmasını və 2022-ci ildən sonra işğal edilmiş ərazilərin də Moskvaya verilməsini nəzərdə tutur.
Daha əvvəl “Reuters” bu plana dair sənədin mövcudluğunu bildirmişdi. Agentliyin məlumatına görə, sənəd ABŞ prezidentinin elçisi Stiv Vitkoff tərəfindən aprelin 17-də Parisdə Avropa rəsmilərinə təqdim olunub. Layihəyə Xarkov vilayətindəki bəzi ərazilərin Ukraynaya qaytarılması da daxildir.
Aytəkin TOFİQQIZI