Konqres Trampa qarşı impiçment qətnaməsini təqdim edir

ABŞ Konqresinin Demokrat üzvü Şri Tanedar Prezident Donald Trampa qarşı impiçment qətnaməsi təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə konqresmen özünün X sosial şəbəkəsində məlumat verib.
“Mən Trampı bir neçə ittihamla impiçment etmək üçün qətnamə təqdim etmişəm. Donald Tramp qanundan üstün deyil və Konstitusiyaya məhəl qoymayanda buna görə cavabdeh olmalıdır”, – deyə Tanedar bildirib.
O, impiçment üçün irəli sürülən maddələr sırasında ədalətə maneçilik, beynəlxalq təcavüz, qeyri-münasib agentliklərin yaradılması, korrupsiya və “hakimiyyətdən tiran sui-istifadə” kimi ittihamları qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp prezidentliyinin ilk 100 günündə administrasiyasının fəaliyyətinə qiymət verərək, komandasının “tarixi nəticələr” əldə etdiyini vurğulamışdı.
Aytəkin TOFİQQIZI