4 milyon 237 min nəfər sürücülük vəsiqəsini YENİLƏMƏYİB

Türkiyədə köhnə tip sürücülük vəsiqəsindən istifadə edən 4 milyon 237 min nəfər, 31 iyul 2025-ə qədər sənədlərini yeniləməsə, vəsiqələri etibarsız sayılacaq.
Redaktor.az xəbər verir ki, 1 yanvar 2016-cı ildən etibarən tətbiq olunan yeni tip sürücülük vəsiqələrinə keçid üçün verilən müddət bu ilin 31 iyulunda başa çatacaq.
Nüfus və Vətəndaşlıq İşləri Başqanlığının verdiyi məlumata görə, indiyədək 31 milyon 643 min 355 nəfər sürücülük vəsiqəsini yeniləmək üçün müraciət edib. Lakin 4 milyon 237 min nəfər hələ də köhnə sənədlə avtomobil idarə edir.
Bu şəxslərin 1 avqust tarixinə qədər müraciət etməməsi halında vəsiqələri keçərsiz olacaq.
Kənan YUSİF