Narin Güran cinayəti ilə bağlı işdə 15 nəfərə 5 il həbs istənildi

 13:02 29.04.2025     87

Türkiyənin Diyarbakır şəhərində Narin Güran cinayəti ilə bağlı aparılan məhkəmə prosesində, 6-sı həbsdə olmaqla 12 nəfər və 3 azyaşlı barəsində Cumhuriyyət prokuroru son mövqeyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, prokuror rəyinə görə,  ittiham olunanların və uşaqların hər birinin “cinayətkarı gizlətmə” maddəsi üzrə 6 aydan 5 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb olunur.

21 avqustda Diyarbakırın Bağlar rayonunun Tavşantepe məhəlləsində itkin düşən və 8 sentyabrda Eğertutmaz dərəsində meyiti tapılan Narin Güran cinayəti ilə bağlı istintaq çərçivəsində Birsen, Fuat, Maşallah Güran, Salim Güran'ın işçisi Mehmet Selim Atasoy, Mehmet Şevket Kaya, Muhammed Kaya və digərləri ittiham olunur.

Məhkəmə prosesi davam edir.

Kənan YUSİF