Argentinaya qaçmış nasistlərlə bağlı məxfi sənədlər dərc edildi

 18:54 29.04.2025     138

Argentina hökuməti II Dünya müharibəsindən sonra bu ölkəyə qaçmış nasistlərlə bağlı məxfi sənədləri dərc edib.

Redaktor.az xəbər verir ki, Argentina hökumətinin saytında yeddi dosyedə 1850-dən çox sənəd yerləşdirilib. Onların arasında əsirlər üzərində təcrübə aparan həkim Yozef Mengele, İsrail kəşfiyyatının əməliyyatı nəticəsində Argentinadan qaçırılan Adolf Eyxmann, konsentrasiya düşərgəsinin gözətçisi Edvard Roşman və gestapo zabiti Valter Kuçman haqqında sənədlər də var.

Qeyd edək ki, mart ayında Argentinanın Baş naziri Gilyermo Frankos ölkə Prezidenti Xavyer Mileyin amerikalı senatorun xahişi ilə respublikaya sığınan nasistlərlə bağlı sənədlərin dərc edilməsinə göstəriş verdiyini açıqlamışdı.